“Porsche” markalı avtomobilimdən guya “Rolex” markalı saatın oğurlanması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.
Bizim.Media xəbər verir ki, bunu “Azərenerji” ASC-nin eks-prezidenti Etibar Pirverdiyev Haqqın.az-a müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
"Porsche"dən oğurlanmış 94 minlik "Rolex" Etibar Pirverdiyevindir?
Onun sözlərinə görə, bu cinayət işi, məhkəmə prosesi barədə heç nə eşitməyib, söhbət başqa şəxsə qarşı cinayətdən gedir.
E.Pirverdiyev “Mercedes-Benz Viano” markalı avtomobilinin olduğunu vurğulayıb.
“Saatlara gəlincə, hamı məni yaxşı tanıyır. Mən Rolex saatı və Apple Watch taxa bilmərəm”, - deyə E.Pirverdiyev bildirib.
Bizim.Media