Övladını itirən aparıcı Çinarə:

Övladını itirən aparıcı Çinarə: "Biz böyük sınaqdan keçdik" - FOTO

Hazırda oxunan: Övladını itirən aparıcı Çinarə: "Biz böyük sınaqdan keçdik" - FOTO

197082

"Artıq hadisədən xəbəriniz var. Çox çətin anlar yaşayıram. Bilirəm, bu da keçəcək. 28-ci həftədən biz bu xəbəri bilirdik. Amma şansımız var deyirdik. Artıq görünəndə gec idi. Mən də dedim ki, uşaq qalsın. Əməliyyat edək, bəlkə 5 faiz yaşamağa şansı olar. Yenə də hər şey Allahın əlindədir. Demək belə olmalı imiş".

Bizim.Media xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl dünyaya gətirdiyi körpəsini itirən aparıcı Çinarə Əliyeva sosial şəbəkə hesabında yazıb.

Çinarə bildirib ki, bu hadisədən sonra çox əziyyət çəkib:

"Azərbaycanın ən savadlı həkimlərini gəzmişik. Hamı eyni şeyi deyirdi. Bir onu deyim ki, mən indi əziyyət çəkirəm. İnşallah ki, Allahım mənə bir daha ana olmağı nəsib edər. Buna çox inanıram. Allah heç bir zaman məni darda qoymayıb. Heç kimi qınamayaq. Hər dəqiqə yanımda olan həyat yoldaşım və anama təşəkkür edirəm. Biz çox böyük sınaqdan keçdik".



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO