Azərbaycanın imtina etdiyi 1 May bayramı

Azərbaycanın imtina etdiyi 1 May bayramı

Hazırda oxunan: Azərbaycanın imtina etdiyi 1 May bayramı

19707

Bu gün (1 may) bir çox ölkələrdə “Beynəlxalq zəhmətkeşlər bayramı” kimi qeyd olunur.
İlk dəfə 1856-cı ildə Avstraliyada keçirilən bu bayramı bu il insanlar koronavirus pandemiyası ilə əlaqədar olaraq yalnız mesajlaşaraq qeyd edirlər. Azərbaycan isə illər öncə bu bayramdan imtina edib.

Xatırladaq ki, 1856-cı ildə Avstraliyada yerli işçilər artıq toplantı və əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara alıblar.

Bununla da proletar bayramı ortaya çıxıb, daha sonra digər ölkələrə yayılıb və getdikcə bütün proletar dünyasını fəth edib. Avstraliyalı əməkçilərin bu nümunəsini daha sonra amerikalılar təkrarlayıb. Belə ki, 1 may 1886-cı ildə, demək olar ki, bütün sənaye mərkəzlərində – Nyu-York, Çikaqo, Filadelfiya və Baltimorda 200 mindən çox işçi boykota başlayıb. Çikaqoda 80 min fəhlə haqları olan "8 saatlıq iş günü" tələbi altında sıx sıralarla möhtəşəm yürüş keçirib.

Ümummilli boykotun və aksiyaların yayılmasından qorxan sahibkarlar silahlı əsgərlərlə yanaşı, həm də casus provakatorlar tutaraq hücuma keçib. 3 may günü "McCormic" fabrikinin qarşısında onlara qatılmayan digər işçiləri boykota qoşulmağa çağıran silahsız işçilərə atəş açılıb və bir işçi öldürülüb.

İşçilər bu qanlı hadisəni protest etmək üçün mitinq keçirmək qərarına gəliblər.

4 may günü işçilər daha güclü bir mitinq təşkil ediblər. Mitinqin qurtarmasına az qalmış yüzlərlə polis meydana girib. Bir az sonra isə mənşəyi və haradan gəldiyi bəlli olmayan bir bomba polislərin olduğu yerə düşüb. Bomba atılandan sonra mitinq bölgəsi qanlı savaş meydanına çevrilib. İşçilər güllə yağışına tutulublar. 4 işçi və 7 polis ölüb, onlarla işçi isə yaralanıb.

Həmkarlar ittifaqlarının sədrləri və işçi hərəkatının 8 lideri tutulub.

Məhkəmədən sonra fəhlə hərəkatının liderlərindən olan 4 şəxs – Avgust Spies, Albert Parsons, Corc Engel və Adolf Fişer edama məhkum ediliblər.

1889-cu ilin iyulunda Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edilib. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alınıb.

Sovet İttifaqında bu bayram dünyada ən möhtəşəm səviyyədə keçirilirdi. Mayın 1-də şəhərlərdə böyük nümayişlər keçirilər, möhtəşəm bayram əhval-ruhiyyəsi hökm sürərdi.

Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilər, Sovet İttifaqının paytaxtına – Moskvaya dünyanın bütün ölkələrindən dəvət olunan qonaqlara sosializmin nəyə qadir olduğu nümayiş etdirilərdi.

Azərbaycanda 1920-ci ildən başlayaraq, 1 May Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Hazırda ölkəmizdə bu tarixi sadəcə kommunist partiyalarının üzvləri qeyd edirlər. 

ABŞ və Yaponiyada 1 may bugünki tarixdə deyil, başqa təqvimdə qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO