Gədəbəydə DƏHŞƏT: Boğazına ip bağlayıb gəzdirdilər, qayınanasının ayağından öpdürdülər - TƏFƏRRÜAT

Gədəbəydə DƏHŞƏT: Boğazına ip bağlayıb gəzdirdilər, qayınanasının ayağından öpdürdülər - TƏFƏRRÜAT

Hazırda oxunan: Gədəbəydə DƏHŞƏT: Boğazına ip bağlayıb gəzdirdilər, qayınanasının ayağından öpdürdülər - TƏFƏRRÜAT

197064

Gədəbəydə həmkəndlisini alçaldan şəxslər saxlanılıblar.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Arıqıran və Əyrəvəng kəndlərinin ərazisində qeydə alınıb.

Belə ki, iyunun 1-i saat 15 radələrində rayonun Çobankənd kənd sakini Səddam Əliyev, Arıqıran kənd sakinləri Təgin Əliyev və Cəbrayıl Hüseynov həmkəndliləri N.Kazımovu döyərək boğazına ip keçirib.
Daha sonra N.Kazımovu dartaraq kənd ərazisində gəzdirib və S.Əliyevin qayınanasının ayağından zorla öpdürərək əzab veriblər.

Polis əməkdaşları tərəfindən S.Əliyev, T.Əliyev və C.Hüseynov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Xatırladaq ki, hadisəyə səbəb N.Kazımovun Səddam Əliyevin həyat yoldaşına söz göndərməsi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO