Lənkəran Rayon Mərkəzi Xəstəxanasından qəzada xəsarət alanlarla bağlı AÇIQLAMA 

Lənkəran Rayon Mərkəzi Xəstəxanasından qəzada xəsarət alanlarla bağlı AÇIQLAMA 

Hazırda oxunan: Lənkəran Rayon Mərkəzi Xəstəxanasından qəzada xəsarət alanlarla bağlı AÇIQLAMA 

197040

Lənkəran Rayon Mərkəzi Xəstəxanası, rayon ərazisində baş verən qəzada xəsarət alanlar haqqında açıqlama verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  məlumata görə, 12 iyun 2024-cü il tarixində axşam 21:35 radələrində Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verən piyada vurma hadisəsi nəticəsində bir nəfər qadın, iki nəfər uşaq qapalı kəllə-beyin travması, sol mil sümüyünün sınığı, sol bazu sümüyünün sınığı, kürək sümüyünün sınığı, döş qəfəsinin küt travması diaqnozları ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. 
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda yasdan qayıdan nənə və 2 nəvəsini MAŞIN VURDU - Ölən var 


Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. 

Yaralı uşaqlardan birinin vəziyyətinə uyğun olaraq, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.

Digər xəsarət alanların müalicəsi təcili yardım şöbəsində davam etdirilir.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO