Mirzoyan Paşinyanın sözlərini TƏKZİB ETDİ: “Ermənistanın KTMT-dən çıxacağını deməyib, deyib ki,...”

Mirzoyan Paşinyanın sözlərini TƏKZİB ETDİ: “Ermənistanın KTMT-dən çıxacağını deməyib, deyib ki,...”

Hazırda oxunan: Mirzoyan Paşinyanın sözlərini TƏKZİB ETDİ: “Ermənistanın KTMT-dən çıxacağını deməyib, deyib ki,...”

196984

“Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxacağını deməyib, o bildirib ki, təşkilatdan nə vaxt çıxacağına Ermənistan hakimiyyəti özü qərar verəcək”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə keçirilən iclasda bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan KTMT ilə bağlı son nöqtəni qoydu: "Bu qurumdan çıxacağıq"


“Görüş video qeydə alınıb, yoxlaya bilərsiniz ki, kim nə deyib, Ermənistanın baş naziri deməyib ki, “biz KTMT-dən çıxırıq”, Ermənistanın baş naziri deyib ki, “nə vaxt çıxacağımıza qərar verəcəyik, amma çıxsaq, geri qayıtmayacağıq””, - deyə Mirzoyan qeyd edib.

Qeyd edək ki, bundan əvvəl eyni iclasda Paşinyan müxalifətçi deputatlardan birinin iradına cavab olaraq bildirib ki, “biz KTMT-dən çıxacağıq, bununla məni qorxudursunuz, bizdə hər şey yaxşıdır. Biz çıxacağıq və bir də geri qayıtmayacağıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO