Sumqayıtda bank kartından oğurluq edən şəxs TUTULDU - FOTO

Sumqayıtda bank kartından oğurluq edən şəxs TUTULDU - FOTO

Hazırda oxunan: Sumqayıtda bank kartından oğurluq edən şəxs TUTULDU - FOTO

196922

İyunun 5-də Sumqayıt şəhər sakini olan şəxs banklardan birinə aid kartından 590 manatın oğurlanması barədə polisə məlumat verib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətmiş Sumqayıt şəhər sakini 1974-cü il təvəllüdlü Mirələm Dərgahov saxlanılıb.

Həmin şəxs kart məlumatlarını əldə edəndən sonra qeyd olunan məbləği onlayn alış-veriş saytlarında istifadə etməklə xərcləyib.

Faktla bağlı araşdırmalar aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO