Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə hərraca ÇIXARILIR 

Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə hərraca ÇIXARILIR 

Hazırda oxunan: Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə hərraca ÇIXARILIR 

196871

Bu gün Şərqi Zəngəzur iqtisadi rayonunda iki faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarılacaq. 

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, hərracı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Ağalıda keçirəcək. 

İnvestorlara Qubadlı rayonundakı "Hacılı" əhəng daşı və Laçın rayonundakı "Əhmədli" mişar daşı yatağı təklif olunacaq. Hərracda 4 istismarçı şirkət 10 lot üzrə rəqabət aparacaq. 

Hərracın məqsədi işğaldan azad olunmuş ərazilərdə yerin təkindən qanunauyğun və səmərəli istifadəni təmin etməkdir. Proses aidiyyəti dövlət qurumlarının rəsmi şəxslərinin və media nümayəndələrinin iştirakı ilə baş tutacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO