Göygöldə baş verən qətllə bağlı cinayət işi başlandı

Göygöldə baş verən qətllə bağlı cinayət işi başlandı

Hazırda oxunan: Göygöldə baş verən qətllə bağlı cinayət işi başlandı

196865

İyunun 11-də 2002-ci il təvəllüdlü Kərimova Münəvvər Elxan qızının Göygöl rayonunun Ağsu kəndi ərazisində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gəncə şəhər prokurorluğu yayıb.

Araşdırmalarla 1992-ci il təvəllüdlü Mustafayev Ceyhun İsrayıl oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Münəvvər Kərimovanı boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Ceyhun Mustafayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO