Rusiyada niqabdan istifadə qadağan edilə bilər

Rusiyada niqabdan istifadə qadağan edilə bilər

Hazırda oxunan: Rusiyada niqabdan istifadə qadağan edilə bilər

196837

Rusiya Federasiyasının Dövlət Dumasına üzü örtülmüş müsəlman baş örtüyü olan niqabdan istifadəni qadağan edən qanun layihəsi təqdim olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Mixail Matveev məlumat verib.

O bildirib ki, artıq qanun layihəsi baxılmaq üçün hökumətə göndərilib.

“Rusiya Federasiyası vətəndaşlarının təhlükəsizlik, həyat və sağlamlığın qorunması hüququ mütləq prioritetdir. Şəxsi identifikasiyası gizlədilən şəxslərin (cins, yaş və s.) isə ictimai məkanlarda olması təhlükəsizliyə birbaşa təhlükədir”, - deyə layihənin izahatında qeyd olunub.

Layihədə şəxsin, tibbi göstəricilər olduqda və ya xidməti fəaliyyət göstərməsi hallarında niqabdan istifadəyə icazə verən istisna hallar nəzərdə tutulur. Yay və qış şlyapaları və günəş eynəyi də qadağan edilmir.

Məlumata görə, layihəni Rusiya Federasiyası Kommunist Partiyasından olan Dövlət Dumasının deputatları Mixail Matveev və Sergey Obuxov hazırlayıblar. Layihə niqabdan istifadə edildiyi təqdirdə 30 min rubla qədər cərimələrin tətbiqini nəzərdə tutur.

Qeyd edək ki, Rusiyada Prezident yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyevin mayın 21-də niqabdan istifadənin qadağan edilməsi ilə bağlı çağırışından sonra sifəti gizlədən geyimlərin, o cümlədən dini geyimlərin geyinilməsinin qadağan edilməsi ilə bağlı ölkədə fəal müzakirələr başlayıb.

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO