Təhsil İnstitutu ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas suallarını təqdim edib.
İnstitutdan Bizim.Media-ya bildirilib ki, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı iyunun 8-də təşkil olunub.
Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib.
İmtahanın təfərrüatları:
• Müddət: 120 dəqiqə
• Ümumi sual sayı: 60
Azərbaycan dili üzrə ixtisas suallarının sayı: 25
Riyaziyyat üzrə ixtisas suallarının sayı: 25
Tədris metodikası və təlim strategiyaları üzrə sualların sayı: 10
İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanının 3663 nəfərin iştirak etdiyi 1-ci seansında istifadə olunmuş ixtisas sualları ilə institutun saytında müvafiq keçid vasitəsilə tanış ola bilərsiniz.
Qeyd edək ki, tədris metodikası və təlim strategiyalarına aid suallar bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam etdiyi üçün bu suallar hazırda ictimaiyyətlə paylaşılmır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:49 / 11.06.2024
İbtidai sinif müəllimlərinin təkrar sertifikatlaşdırma imtahanındakı ixtisas sualları AÇIQLANDI
Hazırda oxunan: İbtidai sinif müəllimlərinin təkrar sertifikatlaşdırma imtahanındakı ixtisas sualları AÇIQLANDI
Hazırda oxunan: İbtidai sinif müəllimlərinin təkrar sertifikatlaşdırma imtahanındakı ixtisas sualları AÇIQLANDI
196820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.