Miroslav Kloze Almaniya klubuna baş məşqçi təyin olundu

Miroslav Kloze Almaniya klubuna baş məşqçi təyin olundu

Hazırda oxunan: Miroslav Kloze Almaniya klubuna baş məşqçi təyin olundu

196756

Almaniya millisinin əfsanəvi hücumçusu Miroslav Kloze ölkəsinin “Nürnberq” komandasının yeni baş məşqçisi təyin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə II Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. 

Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.

M.Kloze daha əvvəl “Bavariya”nın U-17 komandasına və Avstriyanın “Altax” klubuna rəhbərlik edib.
Qeyd edək ki, Miroslav Kloze dünya çempionatlarında vurduğu qol sayına (16) görə rekordçudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO