“Azərpoçt” kart sahiblərinin “Google Pay”lə ödəniş etməsi mümkün olub

“Azərpoçt” kart sahiblərinin “Google Pay”lə ödəniş etməsi mümkün olub

Hazırda oxunan: “Azərpoçt” kart sahiblərinin “Google Pay”lə ödəniş etməsi mümkün olub

196683

“Azərpoçt” ötən illərdə olduğu kimi, bu il də rəqəmsal həllərə yönəlik innovativ xidmətlər təklif etməkdə davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, “MilliKart” MMC tərəfindən təqdim olunmuş platforma üzərindən “Azərpoçt”un kart sahibləri ödəniş kartlarını “Google Wallet”ə əlavə etməklə ödənişlərini təmassız şəkildə həyata keçirə bilərlər. Bununla da istifadəçilərin kartları özləri ilə daşımasına ehtiyac qalmır.
Qeyd edək ki, “Google Pay” elektron ödəmə sistemi olub, ödənişləri təmassız və sürətli şəkildə həyata keçirməyə imkan verən xidmətdir.

Müştərilər bu xidmətdən müxtəlif ticarət və iaşə obyektlərində mobil telefonlarını pos-terminala yaxınlaşdıraraq ödənişlərini saniyələr içində edə bilərlər. Əlavə olaraq, “Google Pay” onlayn alış-veriş üçün də çox rahat ödəniş vasitəsidir.

Kartların təhlükəsiz şəkildə “Google Wallet”də saxlanılması, həmçinin həmin tətbiq vasitəsilə xərclərə nəzarət etmək imkanının olması da xidmətin əlçatanlığını təmin edir.

Onu da qeyd edək ki, müasir texnologiyanın tətbiqi “Azərpoçt”da biznes proseslərini asanlaşdırmağa, informasiyanın ötürülmə sürətini artırmağa xidmət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO