“Həqiqi arvad qalıb kənarda o deyir mənim ərimdir, bu deyir mənimdir” - Rəqsanədən İSMARIC - VİDEO

“Həqiqi arvad qalıb kənarda o deyir mənim ərimdir, bu deyir mənimdir” - Rəqsanədən İSMARIC - VİDEO

Hazırda oxunan: “Həqiqi arvad qalıb kənarda o deyir mənim ərimdir, bu deyir mənimdir” - Rəqsanədən İSMARIC - VİDEO

19663

Müğənni Rəqsanə İsmayılova Şəbnəm Tovuzlu və Vəfa Şərifova qalmaqalına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, müğənni instaqram səhifəsindəki canlı bağlantıda bunları söyləyib:

"Elə kişilər var ki, həyat yoldaşlarına, ailələrinə ürəyim ağrıyır. Deyin niyə? Üç, dörd uşaq dünyaya gətirən, həqiqi həyat yoldaşı qalıb kənarda kişi ilə oturub-duranlar çıxıb deyir, o mənim ərim, bu mənim ərim. Belə olmaz. Rəsmi nikahı, zaqsı olan isana hyat yoldaşı deyirlər. Özgənin əri sənin ərin deyil. Onun öz arvadı var.

Durub onun üstündə bir-birinizi qırmayın. Heç kimə bu lazım deyil. Onun balaları var. Heç olmasa qadın olaraq o  qadına ona hörmət edin. Bir kişinin pulu varsa, kimləsə görüşüb, kiməsə köməklik edib, kimisə tanıtdırıbsa, o demək deyil onun üstündə bir-birinizi qırasınız. Kişiyə hörmət etməyin, amma qadına edin. Yazıq qadın qalıb kənarda. O deyir mənim ərim, bu deyir mənim ərim.  Əgər ərinizdirsə nikah kağızını göstərin. Uşağının atası ola bilər, amma ər deyil.

Sizin adınız hallanan adamları mən illər əvvəl tanımışam. Onların gözəl ailələri var, indi böyük uşaqları var. İki qadın indi bir-birinizlə çıxıb danışırsız. Öz aranızda məsləni həll edin. Mətbuatda nəsə yazılırsa, durub sən də açıqlama verirsən. Məsələni şişirdirsiniz, onun arvadı nə etsin?".

Qeyd edək ki, DTX-nin həbs etdiyi Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova açılan cinayət işində adı hallanan Famil Xəlilovun (Veyis Xəlilov) şəxsi münasibətdə olduğu iddia edilən müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında qalmaqal yenidən başlayıb.

Sənətçilər bir-birinin ünvanına təhqirlər səsləndirib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO