Kişi basketbolçularımız da Avropa Kubokunda yarımfinala vəsiqə qazandı

Kişi basketbolçularımız da Avropa Kubokunda yarımfinala vəsiqə qazandı

Hazırda oxunan: Kişi basketbolçularımız da Avropa Kubokunda yarımfinala vəsiqə qazandı

196464

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində növbəti görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, ikinci oyun günündə Albaniya ilə qarşılaşan yığma rəqibinə 21:13 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yer aldığı B qrupunda bütün oyunlarını qələbə ilə başa vuran millimiz adını yarımfinala yazdırıb. Komandamızın yarimfinal qarşılaşması Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.
Xatırladaq ki, qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində Lüksemburqun məğlub edərək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO