Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi iyunun 8-də Rusiyanın Həştərxan vilayətindəki “Axtubinsk” aerodromunda Su-57-nin vurulduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat idarənin saytında yer alıb.
“2024-cü il iyunun 8-də Rusiyanın Həştərxan vilayətinin “Axtubinsk” aerodromunun ərazisində, döyüş xəttindən 589 kilometr aralıda işğalçı dövlətin Su-57 çoxməqsədli qırıcısı vurulub”, – deyə kəşfiyyatçılar peyk görüntülərinə əsaslanaraq bildiriblər.
Qeyd olunub ki, peyk görüntülərindən iyunun 7-də Su-57-nin bütöv şəkildə dayandığı və artıq növbəti gündə onun yaxınlığında partlayış çuxurları və atəş nəticəsində yaranmış yanğına xas izlər ortaya çıxıb.
Eyni zamanda, kəşfiyyatçılar vurulmuş obyektin Rusiyanın yeni nəsil qırıcısı olduğuna da diqqət çəkiblər:
“Su-57 Moskvanın ən müasir qırıcısıdır, zərbələr üçün X-59 və X-69 raketlərindən istifadə edə bilir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:46 / 09.06.2024
Ukrayna ordusu Həştərxan vilayətində Rusiya qırıcısını vurdu - FOTO
Hazırda oxunan: Ukrayna ordusu Həştərxan vilayətində Rusiya qırıcısını vurdu - FOTO
Hazırda oxunan: Ukrayna ordusu Həştərxan vilayətində Rusiya qırıcısını vurdu - FOTO
196425
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.