“Alatoranlıq” filminin ulduzunun gizli TOYU OLDU

“Alatoranlıq” filminin ulduzunun gizli TOYU OLDU

Hazırda oxunan: “Alatoranlıq” filminin ulduzunun gizli TOYU OLDU

196320

Bu yaxınlarda valideyn olan “Alatoranlıq” filminin ulduzu Robert Pattinson və Suki Uoterhaus evləniblər.

Bizim.Media “In Touch Weekly” nəşrinə istinadən xəbər verir ki, cütlük qızları dünyaya gələndən sonra gizli toy ediblər.

“Robert Suki ilə tanış olandan sonra yavaş-yavaş, lakin şübhəsiz dəyişməyə başladı. Bu dəyişikliklərin məntiqi nəticəsi o oldu ki, onların münasibətləri ciddiləşdi, cütlük ailə həyatı qurdu. Onlar həyatlarını birlikdə keçirəcəklər. Toy ilə bağlı rəsmi açıqlamanın olub-olmayacağını demək çətin olsa da, Robert və Suki artıq evli cütlükdür”, - deyə mənbə bildirib.

Qeyd edək ki, 32 yaşlı aktrisa, model və müğənni Suki Uoterhaus və 38 yaşlı aktyor Robert Pattinson 2018-ci ildən birlikdədirlər. Onlar uzun müddət münasibətlərini gizlətsələr də, 2022-ci ilin sonunda ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO