Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən olunan şəhid Xəlilov İsmayıl Tofiq oğlunun qalıqları ailəsinə təhvil verilib.
Bizim.Media xəbər verir ki, bu gün şəhidlə vida mərasimi keçirilib.
Şəhidin nəşinin qalıqları Abşeron rayonu Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, dövlət qurumlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, İsmayıl Xəlilov 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:14 / 07.06.2024
32 ildən sonra kimliyi müəyyən olunan daha bir şəhidimizin qalıqları dəfn edildi - FOTO
Hazırda oxunan: 32 ildən sonra kimliyi müəyyən olunan daha bir şəhidimizin qalıqları dəfn edildi - FOTO
Hazırda oxunan: 32 ildən sonra kimliyi müəyyən olunan daha bir şəhidimizin qalıqları dəfn edildi - FOTO
196179
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.