İbrahim Borçalı: “Oğlum yuxuma girib deyir ki, ata, az iç” – VİDEO 

İbrahim Borçalı: “Oğlum yuxuma girib deyir ki, ata, az iç” – VİDEO 

Hazırda oxunan: İbrahim Borçalı: “Oğlum yuxuma girib deyir ki, ata, az iç” – VİDEO 

196141

“Kaş subay olardım, ailə qurmazdım, yaşadıqlarımı da yaşamayaydım.Bu acını qəbullanmayacağam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İbrahim Borçalı qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

İbrahimli oğlu Rəhimdən danışaraq kövrəlib: 

“Oğlum Rəhimin dünyasını dəyişməsinin dörd ili tamam olacaq. Amma elə hiss edirəm ki, sanki heç 40 gün keçməyib. Deyirəm, gülürəm, evdə də rola girirəm ki, qızım, xanımım inciməsin. Gileylənirəm ki, bunu alacaqdınsa, niyə verirdin”. 

Proqramın aparıcısının “Oğlunuz yuxunuza girir?” sualına müğənni “Yuxuma çox girir. Son vaxtlar yuxuma gəlib deyir ki, ata, az iç. Son günümə qədər bununla barışmayacağam” sözlərini dilə gətirib. 

İbrahim övladının vəfatından sonra əlindəki biznesinin çökdüyünü söyləyib: 

“Hər şey batdı, getdi. Heç nəyin yiyəsi olmadıq. Heç vecimə də deyil. İnsan hər şeydən doyarmış: yaşamaqdan da, həyatdan da”. 

Qeyd edək ki, İbrahim Borçalının oğlu Rəhim 21 yaşında Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib. Rəhimin vaxtsız ölümü ilə sarsıntı keçirən İ.Borçalı müsahibələrinin birində şəkər xəstəliyi tapdığını açıqlayıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO