Oqtay Kaynarca: “Dedim ki, Azərbaycanda millət vəkili olacağam” – VİDEO 

Oqtay Kaynarca: “Dedim ki, Azərbaycanda millət vəkili olacağam” – VİDEO 

Hazırda oxunan: Oqtay Kaynarca: “Dedim ki, Azərbaycanda millət vəkili olacağam” – VİDEO 

196120

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca Azərbaycanla bağlı fikirlərini bölüşüb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Biz-bize” verilişində danışıb. 

Aktyor Azərbaycanda çox sevilməsindən söz açıb: 

“Azərbaycan mənim üçün qəribə yerdir. Oradan olan maraq məni çox təəccübləndirir. “Instagram” sosial şəbəkə platformasında ən çox izlənildiyim şəhərlər sırasında Bakı üçüncüdür. Çox qəribədir. Məni o qədər oradan biri kimi görürlər ki... Bir müddət sonra mən də öyrəşdim. Dedim ki, axırda gəlib orada millət vəkili olacağam. Bu, çox dəyərlidir”. 
Qeyd edək ki, Oktay Kaynarca sonuncu dəfə “Mən bu cahana sığmazam” serialında rol alıb. Sözügedən serialda dəfələrlə Azərbaycanla bağlı mövzular ekranlaşdırılıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO