“Mənim duet ortağım gigiyenik baxımından çox təmizkar olmalıdır. Çünki mən onunla oxuyuram, təmasda oluruq, nəfəs-nəfəsə gəlirik. Mən təmizlik xəstəsiyəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “Özəl” verilişində deyib.
Sənətçi bildirib ki, bu sənətdə ona kömək edən olmayıb:
“Biz hamımız bu sənətə çətinliklə gəlmişik. Bu sahədə heç zaman köməyim olmayıb. Hər zaman zəhmət çəkmişəm. Çalışmışam ki, öz ayaqlarımın üstündə dayanım. Allahdan başqa fəryadıma çatan olmayıb. Gözləməmişəm də”.
Aparıcılardan söz açan Əsədova onların ona şəxsi həyatı ilə bağlı verdiyi suallardan təngə gəldiyini vurğulayıb:
“Mənə verilişlərdə lazımsız suallar verirlər. Misal üçün: “Bunu niyə dedin? Ərə niyə getmədin? Uşağın niyə olmadı? Sevgilin var? Toyun nə zamandır? Bitirin də bu söhbətləri. Bunlar çeynənilib. Bundan nə qədər sual vermək olar? Bir insanla gözəl danışın. Gözəl təmasda olun. Biz sənin evinə gəlirik. Sən, aparıcı, müğənnini efirinə çağırmısan sanki illərdir ki, ondan yanıqlısan, onu sancırsan. Sən hiss etmirsən ki, qarşındakı səni durub elə bir günə qoyar ki, ömür boyu efirə çıxmağa utanarsan. Ehtiyatlı olun. Bunları gözləmirlər”.
Rəşad Əliyev, Bizim.Media