Rusiyaya məxsus ödəniş sistemi kartları Azərbaycanda tədricən dövriyyəyə buraxılacaq

Rusiyaya məxsus ödəniş sistemi kartları Azərbaycanda tədricən dövriyyəyə buraxılacaq

Hazırda oxunan: Rusiyaya məxsus ödəniş sistemi kartları Azərbaycanda tədricən dövriyyəyə buraxılacaq

196082

“Rusiyanın “Mir” ödəniş sisteminin kartları Azərbaycanda tədricən dövriyyəyə buraxılmağa başlayıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində keçirilən Rusiya-Azərbaycan sessiyasında bildirib.

“Biz bu yanaşmaya görə azərbaycanlı dostlarımıza minnətdarıq, bu, turizm sahəsində əlaqələrin inkişafına böyük töhfə verir, bu, rusiyalı turistlər üçün çox vacibdir”, - Qaluzin qeyd edib.

Daha sonra nazir müavini bildirib ki, Azərbaycan manatını VTB bankomatlarından “Mir” sistem kartı ilə nağdlaşdırmaq olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO