“Beşiktaş”ın yeni baş məşqçisi “Qarabağ”ın futbolçusunu istəyir

“Beşiktaş”ın yeni baş məşqçisi “Qarabağ”ın futbolçusunu istəyir

Hazırda oxunan: “Beşiktaş”ın yeni baş məşqçisi “Qarabağ”ın futbolçusunu istəyir

196069

"Qarabağ"ın futbolçusu Leandro Andrade karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır. 

Bizim.Media xəbər verir ki, "Beşiktaş" kabo-verdeli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə məşhur "A Bola" nəşri məlumat yayıb. 

İstanbul təmsilçisinin yeni baş məşqçisi Covani  van Bronxorst klub rəhbərliyinə "Qarabağ"ın futbolçusunun transferi ilə bağlı razılıq verib. "Beşiktaş" 24 yaşlı vinger üçün  Azərbaycan çempionuna 4 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, "Qarabağ" Leandro Andradeni 2022-ci ilin yanvar ayında Bolqarıstanın "Çerno More" klubundan transfer edib. Kabo-Verde millisinin üzvü son mövsümdə Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 58 rəsmi matçda 15 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO