Azərbaycanda üç xanım yüksək vəzifəyə TƏYİN EDİLDİ

Azərbaycanda üç xanım yüksək vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Azərbaycanda üç xanım yüksək vəzifəyə TƏYİN EDİLDİ

196015

Baş Prokurorluqda yeni təyinatlar olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Ədilə Əfəndiyeva, Nigar Hüseynquliyeva və Gültac İsgəndərli Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları təyin olunublar.

Məlumat üçün bildirilir ki, bu təyinata qədər Ədilə Əfəndiyeva Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru, Nigar Hüseynquliyeva Şirvan şəhər prokurorunun köməkçisi, Gültac İsgəndərli isə Balakən Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO