Hüseyn Abdullayev həbsdə aclığı dayandırdı

Hüseyn Abdullayev həbsdə aclığı dayandırdı

Hazırda oxunan: Hüseyn Abdullayev həbsdə aclığı dayandırdı

195998

Altı illik həbs müddətinin başa çatmasına az qalmış yeni ittihamla cinayət məsuliyyətinə cəlb edilən sabiq deputat Hüseyn Abdullayev aclıq aksiyasını dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə qafqazinfo.az-a onun vəkili Ceyhun Yusifov məlumat verib.

Vəkilin sözlərinə görə, o və digər müdafiəçilər yaşlı anası ilə birlikdə müvəkkili ilə görüşüblər. Onların xahişi ilə H. Abdullayev aclığı dayandırıb.

Qeyd edək ki, Hüseyn Abdullayev cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. Onun haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO