Xoşqədəm: “Deyirlər ki, İlhamə Quliyevanın oğlu borclu olduğu şəxslərdən qaçıb gizlənir”- VİDEO

Xoşqədəm: “Deyirlər ki, İlhamə Quliyevanın oğlu borclu olduğu şəxslərdən qaçıb gizlənir”- VİDEO

Hazırda oxunan: Xoşqədəm: “Deyirlər ki, İlhamə Quliyevanın oğlu borclu olduğu şəxslərdən qaçıb gizlənir”- VİDEO

195974

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti İlhamə Quliyevanın 8 aydır ki, itkin düşdüyü iddia edilən övladlığa götürdüyü oğlu Orxan Nadirovla bağlı yeni informasiya səsləndirib.

Bizim.Media xəbər verir ki, bu haqda Xoşqədəm aparıcısı olduğu “Səni axtarıram” ictimai-sosial verilişində məlumat verib.

Aparıcı bildirib ki, Türkiyədən Orxanla bağlı zəng alıb:

“Bu telefon zəngi məni şoka saldı. Mənə bu oğlanın özü-özünü itirdiyini deyənlər də var. Borclu olduğu şəxslərdən qaçıb gizləndiyini deyənlər də. Anasının məqsədli şəkildə bu məsələni ictimailəşdirib o borclardan canını qurtarmaq istədiyini deyənlər də... Bunlar doğrudursa da, bu Orxanı tapıb çıxarmaq lazımdır. Aldığım məlumata görə Orxan Türkiyədədir və onu orada görüblər. Bəlkə də həqiqətən bu qadın düşündüyümüz kimi məzlum, məsum, hamı tərəfindən əzilən qadındır. Bunu qaldıra bilmir. Digər tərəfdən düşünürəm ki, nə vaxtsa mənim oğlumun başına belə bir şey gəlmiş olsa, nə qonşu, nə qohum, nə də məktəbdəki müəllimləri düşünərəm. Açığı deyirəm sizə, mən Lalə xanımı efirə yalvara-yalvara çıxarıram. Biz Orxan üçün etdiyimiz hər şeyi etmişik. Bundan sonrakı proseslərdə bizə ana lazımdır. Az qala hər gün ona yalvarıram ki, ay xanım, gəlin siz müraciət etməlisiniz. Yalan-gerçək oğlunun Türkiyəyə uçduğu məlum olub. Bunu öyrənməliyəm. Ana olmadan gedib nəyisə öyrənə bilərəm? Mən kiməm ki? Türkiyədən bu xəbəri öyrənmək üçün biz kifayət etmirik”.
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO