Naxçıvanda 38 dərəcə isti olacaq – XƏBƏRDARLIQ

Naxçıvanda 38 dərəcə isti olacaq – XƏBƏRDARLIQ

Hazırda oxunan: Naxçıvanda 38 dərəcə isti olacaq – XƏBƏRDARLIQ

195939

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi muxtar respublika ərazisində isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, 6-7 iyun tarixlərində Naxçıvan şəhərində və Şərur rayonunun Arazboyu düzənlik ərazilərində havanın temperaturunun 34-38 dərəcə isti olacağı gözlənilir.

Muxtar respublika ərazisində gözlənilən yüksək temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.

Qeyd edək ki, 8-9 iyun tarixlərində isə muxtar respublika ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO