“Anamı xəstəxanadan evə gətirdik. Dedik, gözümüzün qabağında olsun. Amma vəziyyəti ağır olaraq qalır".
Bizim.Media xəbər verir ki, bu sözləri Yenicag.az-a açıqlamasında mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın son vəziyyəti barədə danışarkən oğlu Rövşən Quliyev bildirib.
"Anam evdə müalicəsi davam edir, amma ümidsizik. Həkimlər əlindən gələni etdi və yenə də edir. Onlar ümidverici heç nə demir, yalnız "dua edin", deyirlər. Qara ciyəri parçalanıb".
Qeyd edək ki, Gülzar Quliyeva qaraciyər sirrozundan əziyyət çəkir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:10 / 05.06.2024
Arif Quliyevin ailəsindən ÜZÜCÜ XƏBƏR
Hazırda oxunan: Arif Quliyevin ailəsindən ÜZÜCÜ XƏBƏR
Hazırda oxunan: Arif Quliyevin ailəsindən ÜZÜCÜ XƏBƏR
195896
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.