Fransa millisinin hücumçusu Kilian Mbappe İspaniyanın "Real" klubu ilə 5 illik müqavilə imzaladıqdan sonra dünyanın ən bahalı futbolçusu olub.
Bizim.Media xəbər verir ki, “Football Benchmark” bununla bağlı siyahı təqdim edib.
Mbappenin dəyəri 244 milyon avro qiymətləndirilib. Siyahıda ikinci pillədə Madrid klubunun digər futbolçusu Cud Bellinqem qərarlaşıb. İlk “3-lüy”ü isə İngiltərənin Mançester Siti” klubunun üzvü Erlinq Holann qapayıb.
“Football Benchmark"a görə ilk “10-luq”:
1. Kilian Mbappe (“Real”, İspaniya) – 244 milyon avro
2. Cud Bellinqem (“Real” İspaniya) – 187,8 milyon avro
3. Erlinq Holann (“Mançester Siti”, İngiltərə) – 186,6 milyon avro
4. Vinisius Junior (“Real”, İspaniya) – 176,2 milyon avro
5. Fil Foden (“Mançester Siti”, İngiltərə) – 150 milyon avro
6. Bukayo Saka (“Arsenal”, İngiltərə) – 142,7 milyon avro
7. Camal Musiala (“Bavariya”, Almaniya) – 130,7 milyon avro
8. Florian Virtz (“Bayer 04”, Almaniya) – 123,5 milyon avro
9. Rodriqo (“Real”, İspaniya) – 121,2 milyon avro
10. Deklan Rays (“Arsenal”, İngiltərə) – 117,9 milyon avro
Bizim.Media
- A-
- A
- A+
İdman
16:34 / 05.06.2024
Mbappe dünyanın ən bahalı futbolçusu olub - SİYAHI
Hazırda oxunan: Mbappe dünyanın ən bahalı futbolçusu olub - SİYAHI
Hazırda oxunan: Mbappe dünyanın ən bahalı futbolçusu olub - SİYAHI
195822
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.