Elcan Rəsulov bu xəstəlikdən əziyyət çəkir - FOTO

Elcan Rəsulov bu xəstəlikdən əziyyət çəkir - FOTO

Hazırda oxunan: Elcan Rəsulov bu xəstəlikdən əziyyət çəkir - FOTO

195787

Aktyor Elcan Rəsulov səhhəti ilə bağlı açıqlama yayıb. 

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında post paylaşaraq bir neçə xəstəlikdən əziyyət çəkdiyini bildirib. 

E.Rəsulov xəstəliyinin nə olduğunu özünün oxuduğu kitablardan və internet resurslarından öyrəndiyini yazıb: 

“Telefon və planşetdə axtarışlar, nələrsə öyrənmək, daha çox hallarda isə kitab oxuyuram... Bu gün axtardığım informasiya və oxuduğum kitabların sayəsində ayağımda artıq neçə ildi baş verən və məni incidən xəstəliyin adını tapdım. İnsanın öz dərdini özündən yaxşı heç kim bilə bilməz. Deməli belə, xəstəliyin adı “GUT”dur. Hətta bəzən bu xəstəliyə zəngin adamların xəstəliyi deyilir. Çox yeyib içməkdən, düzgün olmayan pəhriz saxlamaqdan, genetik yollarla və yaxud müxtəlif vasitələrlə yarana bilər. Ümumiyyətlə, məndə zəngin adamlara xas olan xəstəliklərin çoxu var, qalıb bir dənə zəngin olmaq. Təbii ki, bu illərdə baş verən ağrılarımın qarşısını almaqda mənə yardımçı olan həkimlər olub.

Onların hamısına təşəkkür edirəm. Məhz onların tətbiq etdiyi iynə və dərmanlar vasitəsi ilə bura qədər gətirmişəm özümü. İndi isə istəyirəm ki, bu xəstəlikdən tam qurtulum. Düşünürəm ki, tibb durmadan inkişaf edir və bunun da çarəsi artıq tapılıb”. 
Qeyd edək ki, E.Rəsulov bir müddət əvvəl bronxlarında yaranan problem səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi.   


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO