Manaf: “Bu sənətdə mənə çox badalaq vurublar” - VİDEO

Manaf: “Bu sənətdə mənə çox badalaq vurublar” - VİDEO

Hazırda oxunan: Manaf: “Bu sənətdə mənə çox badalaq vurublar” - VİDEO

195780

“Mənim bu sənətdə çəkdiyim əzab-əziyyəti, zülmü heç kim çəkə bilməz. Bir müğənni durub deyə bilməz ki, Manafa dəstək olub, kömək etmişəm. Əksinə mənə badalaq vurublar. Hər şeyə öz gücümlə nail olmuşam, zülm çəkmişəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “Xəzər axşamı” verilişində deyib. 

Manaf bildirib ki, sənət yolunda çox zülmlər çəkib: 

“Yalvarırdım ki, məni efirə çıxarın. Buna görə pul da verirdim. Amma məni “bururdular”. Onlardan fərqli olaraq hamıya dəstək oluram, çünki mən o çətinliyi yaşamışam. Vaxt var idi, mənə başqa cür baxırdılar. Sonra gördülər ki, həyat başqa cür oldu. İndi isə deyirlər ki, nəvəmin toyunda bir dənə mahnı gəlib oxuyarsan. Anam məni efirdə görməyə-görməyə bu dünyadan getdi. O yalvarırdı ki, bir dəfə də olsa oğlumu efirdə görüm. Mən bunu onlara deyə bilmədim. Çox zülm çəkmişəm. Əziyyətlə olan iş çox bəhrəli olur. Qəfildən gələndə isə yoxa çıxır. Vicdanıma and olsun ki, Allah mənə o xainlik və paxıllıq hissini verməyib. Mən bu hissin nə olduğunu and içirəm ki, bilmirəm”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO