Zabuxçay su anbarının tikintisi yekunlaşmaq üzrədir - RƏSMİ

Zabuxçay su anbarının tikintisi yekunlaşmaq üzrədir - RƏSMİ

Hazırda oxunan: Zabuxçay su anbarının tikintisi yekunlaşmaq üzrədir - RƏSMİ

195757

İşğaldan azad edilmiş ərazilərdə yerləşən 5 ədəd su anbarında “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası olaraq təmir-bərpa işləri, Tərtərçay Sol Sahil kanalının yenidənqurulması başa çatdırılaraq istifadəyə verilib, Zabuxçay su anbarının tikintisi isə yekunlaşmaq üzrədir.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

“Bu ərazilərdəki mövcud su ehtiyatlarından səmərəli istifadə etmək üçün su təsərrüfatı və meliorasiya obyektlərinin təmir-bərpası və inkişafı üzrə Texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması işləri davam edir", - deyə Zaur Mikayılov vurğulayıb.

Xatırladaq ki, bu gün Su təsərrüfatı və meliorasiya günüdür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO