"Böyükşor-Pirşağı" avtomobil yolunun inşası layihəsi çərçivəsində layihələndirilən avtomobil yolunun "Qaz İxrac" İdarəsinə məxsus "Hövsan-Digah" yüksək təzyiqli magistral qaz kəməri ilə kəsişməsində aparılacaq rekonstruksiya işləri səbəbindən qazın nəqlinin dayandırılması zəruriyyəti ilə əlaqədar iyunun 5-i saat 09:00-dan işlər başa çatanadək "I Zabrat" QPS-dən qidalanan "Zabrat 1" və "SOCAR PETROLEUM" QSC-yə məxsus YDM ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən bildirilib.
Bildirilib ki, həmçinin Suraxanı rayonu, "Qaraçuxur" QPS-də 2 ədəd siyirtmənin və 1 (bir) ədəd RDO tipli tənzimləyicinin quraşdırılması və Sabunçu rayonunun Ramana kəndini təbii qazla təmin edən qaz kəmərinin hava kompressor vasitəsi ilə kipliyə sınaq olunması məqsədilə iyunun 5-i saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Balaxanı, Zabrat, Bakıxanov qəsəbələrinin bir hissəsinin, Ramana kəndinin, Suraxanı rayonu üzrə isə Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:18 / 04.06.2024
Sabah Bakının iki rayonunda qaz OLMAYACAQ
Hazırda oxunan: Sabah Bakının iki rayonunda qaz OLMAYACAQ
Hazırda oxunan: Sabah Bakının iki rayonunda qaz OLMAYACAQ
195735
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.