Birinci Qarabağ müharibəsinin şəhidi Xaçmazda son mənzilə yola salındı – FOTO 

Birinci Qarabağ müharibəsinin şəhidi Xaçmazda son mənzilə yola salındı – FOTO 

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin şəhidi Xaçmazda son mənzilə yola salındı – FOTO 

195677

1992-ci ildə itkin düşən hərbçimiz - Zakir Minad oğlu Muradovun cənazəsi Xaçmaz rayonunun Yeni Sudur kəndinə gətirilib. 

Bizim.Media-nın şimal bürosu xəbər verir ki, mərhumun doğulduğu evdə vida mərasimi keçirilib.

Daha sonra şəhidin nəşi kənd qəbiristanlığına gətirilib və burada son mənzilə yola salındı.

Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib. Daha sonra havaya yayılım atəşi açılıb. Mərhumun tabutuna bükülmüş Azərbaycan Bayrağı şəhidin qardaşına təqdim olunub.
Zakir Muradovun ailə üzvləri şəhidin nəşinin tapılmasında əməyi olan dövlət qurumlarına təşəkkürlərini bildiriblər. 










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO