“Dostlar” serialının ulduzu, dünya şöhrətli Hollivud aktrisası Cennifer Eniston görünüşünü yeniləmək üçün bıçaq altına uzanıb.
Bizim.Media xəbər verir ki, bir neçə ay əvvəl plastik əməliyyat keçirən 55 yaşlı sənətçi ictimaiyyət qarşısına çıxıb.
Enistonu görənlər şoka düşüblər. Buna səbəb isə Cenniferin üzündə olunan müdaxilənin uğursuz olması olub. Lakin ekspertlər belə düşünmürlər. Mütəxəssislərin fikrincə, ulduz “cərrahi olmayan” prosedurlara, yəni aparat və inyeksiyaya müraciət edib.
“O, əla görünür və ən çox etdiyi şey dolğu və botoksla kontur korreksiyası idi”, - deyə məşhur kosmetoloq bildirib.
Digər kosmetoloq isə bildirib ki, iynələrin köməyi ilə Cenniferin qırışlarının hamarlandığını, dərisinin də nəmləndirildiyini, bunun da onun daha yavaş yaşlanmasına şərait yaratdığını vurğulayıb. Mütəxəssislərin fikrincə, aktrisanın xarici görünüşü onun həyat tərzindən də təsirlənir. Aktrisa balanslaşdırılmış pəhrizlə qidalanır və intensiv şəkildə məşq edir.
Rəşad Əliyev, Bizim.Media