AFFA “Qəbələ” klubuna 700 min manat ayıracaq

AFFA “Qəbələ” klubuna 700 min manat ayıracaq

Hazırda oxunan: AFFA “Qəbələ” klubuna 700 min manat ayıracaq

195539

3 iyun 2024-cü il tarixində AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasa sədrlik edən AFFA-nın prezidenti Rövşən Nəcəf qarşıya qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək işlərdən bəhs edib.

Öncə icraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

İclasda əvvəlcə AFFA-nın 2024-cü il üçün büdcəsi müzakirə edilib. “Qəbələ” İdman Klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 000 (yeddi yüz min) manat maliyyə vəsaitinin ayrılması qərara alınıb. Bu xüsusda “Qəbələ” İK-ya dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.
Sonra toplantıda AFFA-nın strategiyası və uşaq futboluna dair məsələlərlə bağlı müzakirələr aparılıb. Strategiyanın yazılması üçün “Double Pass”, UEFA və “McKinsey & Company” şirkətləri ilə əməkdaşlıq ediləcək. Bu prosesə yerli mütəxəssislərin də cəlb olunmasının önəmi qeyd olunub.

AFFA İcraiyyə Komitəsinin üzvləri 1-ci və 2-ci Liqada mövcud vəziyyətlə bağlı da müzakirələr aparıblar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO