Neslihan Atagülün yeni serialı bəlli oldu

Neslihan Atagülün yeni serialı bəlli oldu

Hazırda oxunan: Neslihan Atagülün yeni serialı bəlli oldu

195334

Neslihan Atagülə hər mövsüm çoxlu iş təklifi edildiyi, gözəl aktrisanın isə çox seçici olduğu məlumdur. Pərəstişkarları Atagülün yeni layihəsini səbirsizliklə gözlədiyi bir zaman, aktrisanın uzun fasilədən sonra yenidən seriallara qayıdacağı barədə məlumatlar yayılıb.

Bizim.Media “iscihaber.net” saytına istinadən xəbər verir ki, "Ay Yapım" şirkətinin prodüserliyi ilə çəkiləcək olan "İşğal günlerinde aşk" serialı ilə razılığa gələn Neslihan rusiyalı Vera Qreqova obrazını canlandıracaq.

Ssenarisini Yılmaz Şahinin qələmə aldığı serialının hekayəsi 1918-ci ildə başlayır.

Serial Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün işğal altındakı İstanbulu əmanət etdiyi gizli təşkilatın üzvü Ekrem Baydarın Anadoludakı milli mübarizəyə verdiyi dəstəyi həyəcanlı və təsirli şəkildə ekrana gətirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO