Messi, Suares və Albanın qolları

Messi, Suares və Albanın qolları "İnter Mayami"yə kömək etmədi - VİDEO

Hazırda oxunan: Messi, Suares və Albanın qolları "İnter Mayami"yə kömək etmədi - VİDEO

195272

MLS-in növbəti turunda "İnter Mayami" "Sent Luis Siti"ni qəbul edib.

Bizim.Media xəbər verir ki, Fort Lauderdeyldəki DVR stadionunda baş tutan görüş 3:3 hesabı ilə başa çatıb.

"İnter Mayami"nin heyətində Lionel Messi, Luis Suares və Jordi Alba qol vurublar.
Lakin qonaqlar bütün bu topların cavabını verməyi bacarıblar.

Beləliklə, "İnter Mayami" ardıcıl iki oyundur (məğlubiyyət və heç-heçə) qalib gələ bilmir. "Sent-Luis Siti" isə üç matçlıq məğlubiyyət seriyasına son qoyub.

Növbəti mərhələdə "İnter Mayami" "Filadelfiya Yunion"la, "Sent-Luis Siti" isə "Portlend Timbers"lə qarşılaşacaq.

 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO