Cəlilabadın Uzuntəpə kəndində yerləşən qum karxanası yaxınlığında baş verən faciənin təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 7 yaşlı Şükürov Mirhəsən Avtandil oğlu su hövzəsində çimərkən bataraq ölüb.
Yeniyetmə Sabirabad kənd sakini olsa da, bir müddət sözügedən kənddə qohumlarının evində qonaq qalırmış. Elə həmyaşıdı olan 2 oğlan qohumu Sərdar və Cavidanla arpa sahəsində vəziyyətə baxmağa gedərkən, yeniyetmə su hövzəsinin yanında qohumlarına sahəyə onsuz getmələrini deyib.
Hava isti olduğundan burada bir az yuyunacağını bildirən Mirhəsən Şükürovun az sonra batdığını müşahidə edən digər iki nəfər onu xilas edə bilməyiblər.
Kənd sakinləri tərəfindən cansız bədəni sudan çıxarılan yeniyetmənin meyiti Cəlilabad morquna aparılıb və müvafiq ekspertizadan sonra dəfn edilmək üçün yaxınlarına təhvil verilib.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:07 / 01.06.2024
Qum karxanasında baş verən ölüm faktının bəzi TƏFƏRRÜATLARI məlum olub
Hazırda oxunan: Qum karxanasında baş verən ölüm faktının bəzi TƏFƏRRÜATLARI məlum olub
Hazırda oxunan: Qum karxanasında baş verən ölüm faktının bəzi TƏFƏRRÜATLARI məlum olub
195201
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.