Kibertəhlükəsizlik sahəsində Türk dövlətlərinin ortaq mərkəzləri QURULACAQ - FOTO

Kibertəhlükəsizlik sahəsində Türk dövlətlərinin ortaq mərkəzləri QURULACAQ - FOTO

Hazırda oxunan: Kibertəhlükəsizlik sahəsində Türk dövlətlərinin ortaq mərkəzləri QURULACAQ - FOTO

195191

Xəbər verdiyimiz kimi, Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilir.

Bizim.Media xəbər verir ki, forumda təşkil edilən 3-cü panel "Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq" panelidir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti MÜZAKİRƏ edilib – FOTO


Panel Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İdarə Heyətinin sədr müavini Rauf Cabarovun moderatorluğu ilə keçirilib.


Paneldə çıxış edən Türkiyə Kibertəhlükəsizlik Klasterinin baş direktoru Alparslan Kesici regionda kibertəhlükəsizlik sahəsində əməkdaşlıq inkişafından danışıb:


"Kibertəhlükəsizlik sahəsində Türk dövlətlərinin ortaq mərkəzlərini qurmalıyıq. Hər bir türk ölkələrində çox sayda istedadlı gənclər var, onların fikirlərinə önəm verməliyik. Birlikdə daha çox işlər görə bilərik. Bu işdə türk dövlətlərinin dostluğundan istifadə etməliyik".

Qazaxıstanın "TSARKA" şirkətinin baş icraçı direktoru Oljas Satiyev çıxışında kiber təhlükəsizlik sahəsində əldə edilən təcrübələrin ölkələr arasında bölüşməsinin önəmindən danışıb:


"Kibertəhlükəsizliyi bir ölkədə qurmaq mümkün deyil, bu regionda qurulmalıdır".

"Mastercard" Kibertəhlükəsizlik məhsulları şirkətinin vitse prezident Gökberk Bıçakçı bu sahədə təhsilin önəmli olduğunu bildirib:


"Dünyanın hər yerində universitetlərlə iş görürük. Bənzər layihələrlə burada da çıxış edə bilərik. Azərbaycanla ortaq iş görmək kimi məqsədimiz var".

Gürcüstan Elmi Kibertəhlükəsizlik Assosiasiyasının baş icraçı direktoru Maksim İaviç isə elmi layihələrə ehtiyac olduğunu qeyd edib:


"Yaxşı olar ki, akademik proqramlar hazırlansın. Eyni regionda yaşayırıq, ona görə də təcrübələri bölüşmək çox yaxşıdır. Biz maarifləndirmə kampaniyaları aparır və fərqli növ treninq, təlimlər keçiririk".

Rumıniya Milli Kibertəhlükəsizlik Direktoratlığının baş kibertəhlükəsizlik mütəxəssisi Danut Maftei Rumıniya və Azərbaycanla bu sahədə əməkdaşlığın davam etdiyini bildirib:


"Yaxın aylarda Azərbaycan və Rumıniya arasında, yəni Buxarest və Bakı arasında uçuşlarımız olacaq. Rumıniya kiber təhlükəsizliyi sahəsində cox yaxşı tərəfdaşdır".

İsveçin “TrueSec” şirkətinin kibertəhlükəsizlik üzrə baş müşaviri Hasain Alşakarti də bu sahədə birgə işləməyin effektiv olduğunu qeyd edib.


Panelin yekununda panel iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilir. Tədbir Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və "Azerconnect Group"un əsas tərəfdaşlığı ilə baş tutub.

Onu da bildirək ki, Bizim.Media III Milli Kibertəhlükəsizlik Forumunun media tərəfdaşıdır.





















Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO