Boksçumuz lisenziya turnirində ¼ finala yüksəldi

Boksçumuz lisenziya turnirində ¼ finala yüksəldi

Hazırda oxunan: Boksçumuz lisenziya turnirində ¼ finala yüksəldi

195167

Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Bizim.Media xəbər verir ki, yarışın doqquzuncu günündə Azərbaycan millisinin 1 idmançısı rinqə çıxıb.

Zeynəb Rəhimova (54 kq) 1/8 finalda Ornella Havyarimana (Burundi) ilə üz-üzə gəlib.
Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Rəhimova növbəti görüşündə Aeji İm (Koreya Respublikası) ilə qarşılaşacaq. O, qələbə qazanacağı halda, Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziyamızı rəsmiləşdirəcək.

Döyüş iyunun 2-də olacaq.

Qeyd edək ki, yarışın son günündə Alfonso Dominqes (92 kq) də rinqə çıxacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO