III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başa çatdı - FOTO

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başa çatdı - FOTO

Hazırda oxunan: III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başa çatdı - FOTO

195106

8 gün davam edən, təmtəraqlı və izdihamla keçirilən III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının bağlanış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, festival 8 türk dövlətinə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kiprə həsr olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Şair İlqar Fəhmin sevilən şeirlərini SƏSLƏNDİRİB – FOTO/VİDEO


Festivalda türk dövlətlərinin ədəbiyyatına, poeziyasına, yazıçı və şairlərin həyat və yaradıcılığına nəzər salınıb, yazıçılar və şairlər öz kitabsevər oxucularına əsərlərini təqdim ediblər.

Festivalın bağlanış mərasimini Beynəlxalq Türk Ədibləri Birliyinin sədri, III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının layihə rəhbəri Xəyal Rza elan edib.

Daha sonra mükfatlandırma mərasimi baş tutub.

TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən Çağın Zort, Abdulla Əmir Haşimi, Lütviyyə Əsgərzadə, Nadir Yalçın, Qəşəm Nəcəfzadə “Molla Pənah Vaqif”, Almaz Ülvi isə “Mahtumkulu Firaki” medalı ilə təltif olunublar.

Sultan Raev “Led Master” medalına, Cavanşir Feyziyev isə Milli Birlik və Bərabərlik medalın layiq görülüblər.

Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festival mayın 24-dən 31-dək davam edib.

Festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Müəllifləri Birliyi (BTMB), Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalı olub.



























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO