“Qarabağ” “Partizan”ın qapıçısı ilə MARAQLANIR

“Qarabağ” “Partizan”ın qapıçısı ilə MARAQLANIR

Hazırda oxunan: “Qarabağ” “Partizan”ın qapıçısı ilə MARAQLANIR

195087

Serbiyanın “Partizan” klubunun qapıçısı Aleksandr Yovanoviç “Qarabağ”ın maraq dairəsindədir.

Bizim.Media Serbiya mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu hələ 31 yaşlı qapıçını ötən yay "Apollon"da(Limassol) çıxış etdiyi vaxtda almaq istəyib.

Lakin serbiyalı bu keçidə müsbət yanaşmayıb.

İndi isə “Qarabağ” onun üçün yenidən hərəkət edib. Qolkiperə Fransa Liqa 1 klublarından da təkliflər var.
2016-cı ildə Serbiya millisində bir oyun keçirmiş qolkiper “Rad”, “Donji Srem”, “Radniçki”, “Orhus”, “Hueska”, “Deportivo” klublarının da qapısını qoruyub. O, 2026-cı il iyunun 30-da qədər "Partizan"a məxsusdur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO