Cəbrayıl şəhərində içməli və tullantı su infrastrukturları yaradılır – FOTO/VİDEO 

Cəbrayıl şəhərində içməli və tullantı su infrastrukturları yaradılır – FOTO/VİDEO 

Hazırda oxunan: Cəbrayıl şəhərində içməli və tullantı su infrastrukturları yaradılır – FOTO/VİDEO 

195041

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Cəbrayıl şəhərində içməli və tullantı su infrastrukturları yaradır. 

Bizim.Media bu barədə agentliyə istinadən xəbər verir. 

Məlumata görə, qurumun sifarişi ilə icra olunan Cəbrayıl şəhərinin xarici su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla 15 min nəfərin tələbatının ödənilməsinə hesablanıb.

Cəbrayıl şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 2023-cü ildə 1 ədəd geoloji kəşfiyyat quyusu qazılıb.

Seçilmiş mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verir. Cəbrayıl şəhərinin şimalında yerləşən quyu zonasında ümumilikdə 9 subartezian quyusunun qazılması layihələndirilib və artıq bu istiqamətdə işlərə başlanılıb. İlkin mərhələdə 3 quyu qazılacaq, şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək. 

Layihə çərçivəsində Cəbrayıl şəhərində ümumi tutumu 7000 kubmetr olan 6 ədəd su anbarı inşa ediləcək. Hazırda 2000 kubmetr tutumu olan su anbarının və suyun Cəbrayıl şəhərinə çatdırılmasını təmin etmək üçün 3 km uzunluğunda magistral su kəmərinin, həmçinin tullantı sularının təmizləyici qurğuya ötürülməsini təmin edən 6 km uzunluğunda kanalizasiya kollektorunun inşası davam etdirilir. 

Cəbrayıl şəhərində 52 km içməli, 38 km tullantı və 40 km yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 6 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək. Təmizləyici qurğu və kollektor Cəbrayıl şəhəri ilə yanaşı, bəzi kəndlərin də tullantı sularının toplanaraq təmizlənməsinə imkan verəcək. 

Cəbrayıl şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemilə təmin ediləcək. 
Yaxın vaxtlarda Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli kəndlərinə məskunlaşmanın başlanması nəzərə alınaraq həmin kəndlərdə su təchizatı sistemlərinin yaradılmasına hazırlıq işləri görülür. 
 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO