Meyvə ağacları kökündən çıxarılaraq məhv edildi - Nazirlikdən polisə müraciət

Meyvə ağacları kökündən çıxarılaraq məhv edildi - Nazirlikdən polisə müraciət

Hazırda oxunan: Meyvə ağacları kökündən çıxarılaraq məhv edildi - Nazirlikdən polisə müraciət

19500

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Xırdalan şəhəri, 27-ci məhəllə, bina 2 B ünvanında ağacların kəsilməsil ilə bağlı daxil olan məlumat şikayətçinin iştirakı ilə yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının əraziyə keçirdiyi baxış zamanı 5 meyvə ağacının kökündən çıxarılaraq məhv edildiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib. Təqsirkarların müəyyən olunması üçün toplanmış sənədlər Abşeron rayon Polis İdarəsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO