Rasim Balayev “Nəsimi”dəki “dərisinin soyulması” səhnəsinə NİYƏ ÇƏKİLMƏYİB? – VİDEO 

Rasim Balayev “Nəsimi”dəki “dərisinin soyulması” səhnəsinə NİYƏ ÇƏKİLMƏYİB? – VİDEO 

Hazırda oxunan: Rasim Balayev “Nəsimi”dəki “dərisinin soyulması” səhnəsinə NİYƏ ÇƏKİLMƏYİB? – VİDEO 

194972

Xalq artisti Rasim Balayev baş rola çəkildiyi, 1974-cü ildə lentə alınan, rejissor Həsən Seyidbəylinin dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsimiyə həsr olunan “Nəsimi” filmindəki “dərisinin soyulması” səhnəsinin pərdəarxası məqamlarını illər sonra üzə çıxarıb. 

Bizim.Media xəbər verir ki, bu haqda 75 yaşlı sənətkar qonaq olduğu “Zarafat bir yana” verilişində danışıb. 

Aktyor bildirib ki, çəkiliş zamanı bazara qarpız yeməyə getdiyindən sözügedən ekran əsərinin rejissoru həmin səhnəyə işıqçını çəkib: 

“Özbəkistanın Urqenç şəhəri var. Orada bir meydan var. Yəni qədim, tarixi binalardır. O meydanın yanında isə bazar vardı. 50 dərəcə isti vardı. Dedilər ki, bazara qarpız gətiriblər. Bizdə qarpızın kiloqramı 50, orada isə 5 qəpik idi. Qumun üstündə bitən qarpızlar sərin və şirin olur. Yığışdıq getdik qarpız yeməyə. “Nəsimi” filminin rejissoru Həsən Seyidbəylinin şəkər xəstəliyi vardı. Səbirsiz insan idi. Soruşmuşdu ki, Rasim Balayev haradadır?
Ona demişdilər ki, gedib bazara, qarpız yeməyə. Həsən bilməyib biz haradayıq. Ona bazara getdiyimizi deməmişdik. Rəhmətlik Rasim İsmayılov (Rasim İsmayılov kinooperator, kinorejissor – red.) görüb ki, Həsən hirslənir. Deyib ki, problem deyil, işıqçı Rüstəm var. Onun ayağını qoyub çəkərik. Filmə elə onun da ayağını çəkiblər”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO