Məktəbəhazırlıq qruplarında tədris prosesi YEKUNLAŞIR 

Məktəbəhazırlıq qruplarında tədris prosesi YEKUNLAŞIR 

Hazırda oxunan: Məktəbəhazırlıq qruplarında tədris prosesi YEKUNLAŞIR 

194970

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında ötən il oktyabrın 1-dən başlanan tədris prosesi mayın 31-də başa çatır. 

Bizim.Media xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. 

Məktəbə hazırlığın əsas məqsədi beş yaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.

Bununla yanaşı, məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır. 

Qeyd edək ki, 2023-2024-cü tədris ilində Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarında təhsil alan 82 minədək uşaq aprelin 30-da avtomatik olaraq 1-ci sinfə qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO