Tarixdə ilk dəfə Türkiyə Superliqasına vəsiqə qazandılar

Tarixdə ilk dəfə Türkiyə Superliqasına vəsiqə qazandılar

Hazırda oxunan: Tarixdə ilk dəfə Türkiyə Superliqasına vəsiqə qazandılar

194966

Yeni mövsümdə Türkiyə Superliqasında çıxış edəcək sonuncu klub müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, bu, “Bodrumspor”dur. Bodrum təmsilçisi Superliqaya vəsiqə uğrunda keçirilən pley-off mərhələsinin final matçında “Sakaryaspor”u üstələyib. 

“Sakaryaspor” - “Bodrumspor” - 1:3 (Əlavə vaxtda)

Qollar: Gökdeniz Bayraktar, 19 (0:1), Zdravko Dimitrov, 72 (1:1), Ondrej Celustka, 94 (1:2), Tunahan Akpınar, 103 (1:3)

Qırmızı vərəqə: Rajko Rotman, 44 (“Sakaryaspor”)

Qeyd edək ki, “Bodrumspor” tarixində ilk dəfə Türkiyə Superliqasında mübarizə aparacaq. Komanda 1931-ci ildə yaradılmasına baxmayaraq, uzun müddət həvəskarlar arasında yarışıb. Yalnız 2015-ci ildən etibarən mütəmadi olaraq üçüncü liqada mübarizə aparmağa başlayıb. 2017-ci ildə ilk dəfə ikinci liqada yüksələn “Bodrumspor” 2022-ci ildə birinci liqada debüt edib. Ötən il pley-offun finalında uduzan kollektiv nəhayət 2024-cü ildə tarixində ilk dəfə Superliqaya yüksəlməyi bacarıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO