Ötən ilin sentyabrında Yevlaxın Tanrıqulular kəndində 1963-cü il təvəllüdlü arvadı Zinyət Zamanovanı qətlə yetirən 64 yaşlı Mehman Zamanovun məhkəmə prosesi başa çatıb.
Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Zamanov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, arvadı onun gec yatmasına etiraz edib və mübahisə də bunun üstündə yaranıb:
“Zinyət dedi ki, gec saatlarında yatdığım üçün ailə üzvlərini narahat edirəm. O, mənə irad tutaraq hərəkətlərimlə onları bezdirdiyimi bildirdi. Mənimlə yaşamağın mümkün olmadığını, boşanacağını dedi”.
Tərəflərin gecə saatlarında baş verən mübahisəsi mətbəxdə davam edib. Bu zaman Mehman Zamanov ailə münqaişəsi zəminində arvadını bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən şəxs daha sonra intihara cəhd edib. O, arvadının meyitinin yanında uzanaraq tüfənglə ürəyindən atəş açmaq istəyib. Lakin əli tətiyə çatmadığından, güllə onun qol nahiyəsinə dəyib.
Məhkəmədə Zamanovlar ailəsinin övladları da şahid qismində ifadə verib. Onlar cinayətə rəğmən, atalarını bağışladığını bildiriblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:00 / 30.05.2024
“Gec yatmağımı irad bildirdi” - Arvadını öldürən Mehman
Hazırda oxunan: “Gec yatmağımı irad bildirdi” - Arvadını öldürən Mehman
Hazırda oxunan: “Gec yatmağımı irad bildirdi” - Arvadını öldürən Mehman
194939
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.