60 yaşdan sonra yaradıcılığa başlayan şair Bayram Aşıqlının İMZA günü KEÇİRİLDİ – FOTO

60 yaşdan sonra yaradıcılığa başlayan şair Bayram Aşıqlının İMZA günü KEÇİRİLDİ – FOTO

Hazırda oxunan: 60 yaşdan sonra yaradıcılığa başlayan şair Bayram Aşıqlının İMZA günü KEÇİRİLDİ – FOTO

194839

Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günü Bizim.Media-nın masasında Bayram Aşıqlının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, şair üç kitab müəllifidir.
 

MÖVZU İLƏ BAĞLI:.

İlk əsəri "Şuşa" qəzetində dərc olunan Fazilə Qafarqızının İMZA günü KEÇİRİLDİ – FOTO


O, yazmağa 60 yaşdan sonra başlayıb. İlk şeirlərini məhəbbət mövzusuna həsr edib.

Onun vətən mövzusunda yazdığı xeyli sayda şeiri var. Şair vətən uğrunda döyüşən, canından keçən oğullar haqqında əsərlər yazıb.

Bayram Aşıqlı bundan sonra nəsr yazmaq istədiyini bildirib.

Tovuz rayonunda doğulduğuna görə saza, sözə, aşıq sənətinə vurğun olduğunu bildirib.

O, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, bir neçə mükafata layiq görülüb.

Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günüdür. Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Festival mayın 31-də öz işinə yekun vuracaq.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO